Onlayn tədbir keçirildi

Məktəbin rus dili müəllimi Ləman Bəşirovanın təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Məktəbin direktoru Nurqələm Bayramova, direktor müavinləri Şəhla Muradova, Firuzə Məmmədova və digər rus dili müəllimləri də tədbirdə iştirak etdilər. Müəllimlər dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat yolu haqqında danışdılar. Şagirdlər də öyrəndikləri məlumatları, ulu öndərə həsr olunmuş şeirləri, onun müdrik kəlamlarını rus dilində səsləndirdilər. Sonda direktor Nurqələm Bayramova da çıxış edərək qeyd etdi ki, öz həyatını xalqına həsr etmiş Heydər Əliyev Azərbaycan xalqının qəlbində yaşayır və yaşayacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi