Ulu öndər Heydər Əliyevə həsr olunmuş videoçarxlar

Məktəbin UBTR Aynur Qənbərovanın təşkilatçılığı, sinif rəhbərləri və təsviri incəsənət müəllimlərinin köməkliyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə müxtəlif videoçarxlar, rəsmlər hazırlandı. Videoçarxlarda bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin həyat və fəaliyyətindən, Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən bəhs olundu. Qeyd edildi ki, Heydər Əliyev xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşatmış, qəlblərdə özünə əbədi məhəbbət qazanmışdır. Şagirdlər ulu öndərə həsr olunmuş şeirlər və onun müdrik kəlamlarını səsləndirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi