Novruz gəlir, yaz gəlir

16.03.2015-ci il Xətai rayonu 263№-li məktəbdə Novruz şənliyi,Novruz bayramı keçirilmişdir.Bayramlar… Onların bir çoxunu insanlar təbiət, cəmiyyət üzərində qələbələrini təsdiq etmək üçün yaradıblar. Lakin bu bayramlar sırasında elələri də var ki, taleyimiz kimi bizə təmənnasız bəxş olunub. Bu bayramların təntənəsinə insan daxili, ruhi oyanışın təsiri ilə hazırlaşır. Bu, hər bir xalqın milli bayramıdır. Xalqımızın belə böyük bayramlarından biri də Novruz bayramıdır.A.S.Xəlilov adına 263№-li məktəbdə həmişə olduğu kimi bu ildə Novruzu böyük təntənə ilə qarşıladı,belə ki,263№-li məktəbin direktoru başda olmaqla kollektivi " Novruz şənliyi"nə yüksək əhval-ruhiyyə ilə hazırlaşmışdılar.Müəllim və şagirdlərin hazirladıqları Novruz səhnəcikləri hər kəsi heyran etdi.Uşaqlar səhnədə 263 -tv yaradaraq tamaşaçıları ölkəmizin bütün bölgələrində olan adət-ənənələri ilə tanış etdilər.Xalqımız Novruz bayramını qeyd etməklə, həm də öz tarixi keçmişinə, milli dəyərlərinə bağlılığını nümayiş etdirir. Hər il məktəbimizdə Novruz bayramı tədbirləri yüksək səviyyədə təşkil olunur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi