İnşa müsabiqəsinin qalibi

Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Xətai Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən “Vətən müharibəsi - Qarabağ Zəfəri” adlı onlayn inşa yazı müsabiqəsinin Xətai rayon mərhələsi üzrə qaliblərin mükafatlandırılması mərasimi təşkil olunub. Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov, Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev tədbirdə iştirak edərək qalibləri təbrik edib və gələcək müsabiqələrdə müvəffəqiyyətlər arzulayıblar. Təşkilatçılar müsabiqənin əhəmiyyətini qeyd edərək Vətən savaşında qazanılan şanlı qələbənin geniş təbliğinin vacibliyini vurğulayıblar.

A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbin IX sinif şagirdi Leyla Nəsibova “Vətən müharibəsi - Qarabağ Zəfəri” adlı onlayn inşa yazı müsabiqəsində qalib olduğuna görə diplomla təltif olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi