Aprel döyüşlərinə həsr olunmuş videoçarxlar

Məktəbin UBTR Aynur Qənbərovanın təşkilatçılığı ilə şagirdlər tərəfindən Aprel döyüşlərinə həsr olunmuş müxtəlif videoçarxlar hazırlandı. Videoçarxlarda bu döyüşlər haqqında məlumat verildi. Qeyd olundu ki, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu, cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi. Həmçinin Azərbaycanın böyük qələbəsinin təməlinin də elə bu döyüşlər zamanı qoyulduğu vurğulandı. Şagirdlər Vətənə, şəhidlərə aid şeirlər də səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi