Azərbaycanlıların Soyqırımı Günü

Məktəbin UBTR Aynur Qənbərovanın təşkilatçılığı, ibtidai sinif müəllimi Səmiyyəxanım İbrahimova və 3b sinif şagirdlərinin iştirakı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Şagirdlərə erməni daşnaklarının 103 il əvvəl xüsusi qəddarlıqla Azərbaycan xalqına qarşı törətdikləri bu hadisənin tarixi haqqında geniş məlumat verildi. Qeyd olundu ki, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Həmçinin məktəbin şagirdləri tərəfindən bu hadisəyə həsr olunmuş müxtəlif videoçarxlar, divar qəzetləri, rəsmlər hazırlandı. Videoçarxlarda şagirdlər məlumatlar verdilər, şeirlər səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi