“Ana dilimizi qoruyaq!” adlı onlayn tədbir

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səbinə Qasımlı 5e sinfi ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilimizi qoruyaq!” adlı onlayn tədbir keçirtdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Əvvəlcə müəllim bu günün tarixi və doğma dilimiz Azərbaycan dili haqqında məlumat verdi. Şagirdlər dilimizə həsr olunmuş şeirlər səsləndirdilər. Tədbirdə ümummilli liderimiz Heydər Əliyevin dil siyasəti, Azərbaycan dilinin inkişafındakı rolundan da bəhs olundu. Şagirdlər həmçinin dahi şəxsiyyətlərin dil haqqında kəlamlarını söylədilər. “Ana dilimizi sevək, sevdirək” adlı mahnı şagirdlər tərəfindən ifa olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi