“Qanlı və şanlı tarix” adlı tədbir

Məktəbin direktor müavini Firuzə Məmmədovanın təşkilatçılığı, Azərbaycan dili və ədəbiyyat müəllimi Çiçək Əliyeva və sinif rəhbəri olduğu 9e sinfinin iştirakı ilə 20 Yanvar faciəsinə həsr olunmuş “Qanlı və şanlı tarix” adlı tədbir keçirildi. Tədbirdə başqa müəllimlər də iştirak etdilər. Tədbir Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Şagirdlər bu faciə və tarixi haqqında məlumat verdilər, şeirlər səsləndirdilər. Şagirdlər tərəfindən hazırlanan maraqlı slayd və videoçarxlar nümayiş etdirildi. Sonda tədbirdə iştirak edən direktor müavini və müəllimlər çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi