“Azadlığa gedən yol” adlı tədbir keçirildi

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səbinə Qasımlı 20 Yanvar faciəsinə həsr olunmuş “Azadlığa gedən yol” adlı onlayn tədbir təşkil etdi. 5e sinfi ilə keçirilən tədbirdə direktor müavinləri və digər müəllimlər də iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Sonra isə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Əvvəlcə müəllim tariximizə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsi haqqında məlumat verdi. Müəllim qeyd etdi ki, bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, azadlıq istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi. Şagirdlər Ülvi Bünyadzadə, Larisa Məmmədova, İlqar İbrahimov və başqa şəhidlərin obrazlarını canlandırdılar və bu faciəyə, şəhidlərə həsr olunan şeirləri səsləndirdilər, “Şəhidlər xiyabanı” mahnısını ifa etdilər. Həmçinin çəkdikləri rəsm işlərini nümayiş etdirdilər. Sonda iştirak edən müəllimlər çıxış etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi