20 Yanvara həsr olunan dərslər

A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbdə 19.01.2021-ci il tarixində ilk dərslər 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olundu. Onlayn dərslərdə öncə xalqın azadlığı uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Müəllimlər şagirdlərə bu faciə və tarixi haqqında ətraflı məlumat verdilər. Onlar qeyd etdilər ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bunun uzun illər əsarətdə yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarix olduğu vurğulandı. Həmçinin ulu öndər Heydər Əliyevin həmin tarixi dönəmə verdiyi siyasi qiymətdən, şəhid ailələrinə dövlətimizin qayğısından bəhs olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi