Fənn olimpiadalarının məktəb turu keçirildi

Respublika fənn olimpiadalarının məktəb turu onlayn şəkildə keçirildi. Məktəbin direktoru Nurqələm Bayramova şagirdləri salamlayaraq uğurlar arzuladı və olimpiadanı açıq elan etdi. Bu mərhələdə vııı-xı sinif şagirdləri 14 müəllimin nəzarəti altında Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə biliklərini sınadılar. İştirak edən 129 şagirddən 36-sı fənn olimpiadalarının növbəti mərhələsində iştirak etmək şansı qazandı.

Qeyd edək ki, Respublika fənn olimpiadalarının keçirilməsində əsas məqsəd istedadlı şagirdləri aşkara çıxarmaq, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən məktəblilərin potensial imkanlarını inkişaf etdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün əlverişli zəmin yaratmaqdan ibarətdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi