Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı videoçarxlar hazırlandı. Həmin videoçarxlarda şagirdlər bu günün tarixi və əhəmiyyəti barədə ətraflı danışdılar. Onlar qeyd etdilər ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız tərəfindən hər il böyük həvəs və təntənə ilə qeyd edilir. Bildirildi ki, bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Şagirdlər Vətənə, həmrəyliyə aid şeirlər səsləndirdilər, mahnılar ifa etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi