“Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqə

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqəyə start verildi. Müsabiqənin məktəbdaxili mərhələsi BŞTİ-nin tabeliyində olan ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında onlayn qaydada keçirildi. Bu mərhələdə məktəbin şagirdləri arasında yüksək nəticə göstərən 8e sinif şagirdi Fərid Qocamanlı seçilərək müsabiqənin ll mərhələsində iştirak etmək hüququ qazandı.

Qeyd edək ki, müsabiqənin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, Vətən müharibəsində şəhid olanların xatirəsini ehtiramla yad etmək, Azərbaycan Ordusunun göstərdiyi şücaətə uşaq və gənclərin diqqətini cəlb etmək, habelə xüsusi istedada malik uşaqları üzə çıxarmaq, şagirdlərdə araşdırmaq, təhlil aparmaq bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi