Bir ölər, min dirilərik!

Vətən uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi məktəbin şagirdləri tərəfindən yad edildi. Şəhidlər haqqında müxtəlif videoçarxlar hazırlandı. Bu videoçarxlarda şəhidlərin həyat yolu, göstərdikləri şücaət və qəhrəmanlıqdan bəhs olundu. Məktəbin 2a sinif şagirdləri və müəllimi şəhidlərimizin adını, şəklini, özünü canlandırdılar. Onlar canlandırdıqları şəhidlər haqqında məlumat verdilər. 2b sinif şagirdləri də belə təşəbbüslə çıxış etdilər. Bundan əlavə məktəbin məzunu olmuş şəhid Ülvi Rəfiyev haqqında da digər siniflərin şagirdləri tərəfindən videoçarxlar hazırlandı, onlayn şəkildə çıxışlar edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi