Azərbaycan Gənclərinin IX Forumu

“Biz birlikdə güclüyük!” adlı Azərbaycan Gənclərinin IX Forumu çərçivəsində Bakı şəhər zona toplantısı keçirildi. Onlayn formatda keçirilən toplantıda Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva və 500 nəfərə yaxın gənc iştirak etdi..

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı və sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbdən də həmin zona toplantısında iştirak edənlər oldu. Məktəbi şagirdlərdən Nəzrin Əliyeva, Ayla İsmayılova, Əbdurrahim Mustafayev, Kamran Həsənli, Leyla Nəsibova, Azərbaycan dili və ədəbiyyat müəllimi Səbinə Qasımlı təmsil etdilər.

Bakı şəhər gənclərin zona toplantısında səsləndirilən məruzə və çıxışlar, həmçinin paytaxt gənclərinin təklifləri nəzərə alınaraq qətnamə qəbul edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi