"Sən elə bir zirvəsən" adlı onlayn tədbir

Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş onlayn tədbir keçirildi. Raisə Dadaşovanın təşkilatçılığı və 5ç sinfinin iştirakı ilə “Sən elə bir zirvəsən” adlı tədbir Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Dərsdə direktor müavini Şəhla Muradova, UBTR Aynur Qənbərova, tarix müəllimi Təranə Balayeva da iştirak etdilər. Öncə Raisə müəllim ulu öndər haqqında danışdı, onun həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirdi. Təranə müəllim də şagirdlərə maraqlı məlumatlar verdi. O bildirdi ki, Vətən müharibəsində Azərbaycanın parlaq hərbi və diplomatik qələbəsinin bünövrəsi məhz Heydər Əliyevin uzaqgörən siyasəti ilə formalaşdırılıb. Ümummilli liderə həsr olunmuş şeirlər, onun dillər əzbəri olmuş kəlamları şagirdlər tərəfindən söylənildi, maraqlı əl işləri nümayiş etdirildi. Şagirdlər çıxışları zamanı dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın inkişafında, ictimai-siyasi və mədəni həyatında misilsiz xidmətlərindən, təhsil və mədəniyyətə olan xüsusi qayğısından bəhs etdilər və müxtəlif videoçarxlar göstərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi