44 günlük Vətən müharibəsinin iştirakçıları və qaziləri

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin səhər tezdən Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini şiddətli atəşə tutmasına cavab olaraq Azərbaycan özünümüdafiə hüququ çərçivəsində İkinci Qarabağ müharibəsinə başladı. 44 gün davam etmiş Vətən müharibəsi Azərbaycanın tarixi zəfəri ilə başa çatdı, 30 illik işğala son qoyuldu.

Vətən müharibəsində böyük şücaət və qəhrəmanlıq göstərən qazilər və iştirakçılar arasında Bakı şəhəri Xətai rayonu A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbin məzunları da var. Məktəbin məzunu Vahabov Əli Rasim oğlu Cəbrayıl, Füzuli, Hadrut uğrunda gedən döyüşlərdə iştirak etmiş və Hadrutda yaralanmışdır. Məktəbin digər qazisi Mikayılov Natiq Eldar oğlu döyüşlərdə böyük mərdlik və şücaət göstərmişdir. Süleymanov Ruslan İlqar oğlu da İkinci Qarabağ müharibəsinin iştirakçılarından biridir. Cəbrayıl, Füzuli, Qubadlı, Şuşa, Xudafərin körpüsü uğrunda döyüşlərdə iştirak edən Ruslan hazırda Cəbrayılda xidmətini davam etdirir. Daşdəmirov Ramin Sahib oğlu da 44 günlük müharibənin qəhrəmanlıq göstərən iştirakçılarındandır. Vəliyev Teymur Ələmdar oğlu Şuşada döyüşərək böyük şücaət nümayiş etdirmişdir.

Hər birinizlə qürur duyuruq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi