Şəhidlik zirvəsinə ucalan Ülvi

44 günlük Vətən müharibəsində bir an belə tərəddüd etmədən öz həyatını qurban vermiş şəhidlərin içərisində Bakı şəhəri Xətai rayonu A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbin məzunu Ülvi Rəfiyev də var.

Rəfiyev Ülvi Rəfael oğlu 1996-cı il 16 avqust tarixində Ordubad rayonunda anadan olmuşdur. 2002-ci ildə Xətai rayonu A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbdə 1-ci sinfə daxil olmuşdur. 2013-cü ildə daxil olduğu həmin məktəbdən məzun olmuşdur. 2013-cü ildə məktəbi bitirdikdən sonra 409 balla Azərbaycan Dövlət Neft və Sənaye  Universitetinə daxil olmuş, “İqtisadiyyat və menecment” fakültəsində, “Sənayenin təşkili və idarə olunması” ixtisasında təhsil almışdır.

 Rəfiyev Ülvi professional olaraq rəqslə məşğul olurdu. 2015-ci il Bakı Avropa Oyunlarının açılış mərasimində, 2017-ci il Univisionda, 2017-ci il Bakı İslam Oyunlarında (Pro cast dancer) və 2017-ci il Formula 1-in açılış mərasimində rəqqas kimi iştirak etmişdir. Eyni zamanda xarici ölkələrdə də açılış mərasimlərində və tədbirlərdə iştirak etmişdir.

2017-ci ildə universiteti bitirdikdən sonra 10 iyul 2017-ci il tarixində hərbi xidmətə başlamışdır. Füzuli bölgəsində hərbi xidmət göstərmiş və 9 iyul 2018-ci il tarixində hərbi xidməti başa vurmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 2018-ci ilin noyabr ayında “RAM BNT LTD MMM” də işə başlamış və İkinci Qarabağ müharibəsində iştiraka çağırılana qədər həmin işdə çalışmışdır. 2020-ci ilin sentyabr ayında müharibədə iştiraka çağırılmış və 2020-ci ilin 25 oktyabr tarixində Qarabağ uğrunda gedən müharibədə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi