İlk dərs günü

Bu gün 2020-2021-ci tədris ilinin ilk dərs günü idi. Mövcud vəziyyətlə bağlı qoyulan gigiyena qaydalarına əməl olunmaqla, sosial məsafə gözlənilməklə dərslər təşkil olundu. Məktəbə daxil olan hər bir şagirdin əlləri dezinfeksiya olundu, temperaturu ölçüldü. Məlumdur ki, I-IV siniflər tədris ilinə əyani və distant (məsafədən), V-XI siniflər isə distant formada başladılar. İlk dərslər I-IV siniflərdə əyani formada “Gigiyena qaydalarına necə əməl edirəm?”, V-IX siniflərdə distant formada “Müstəqil öyrənmə bacarığı müasir dövrün tələbidir”, X-XI siniflərdə distant formada “Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir” mövzularına həsr olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi