Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbin şagirdləri maraqlı videoçarxlar hazırladılar. Videoçarxlarda şagirdlər ulu öndərin mənalı həyat yolu və zəngin fəaliyyəti haqqında məlumat verdilər. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın ictimai-siyasi və mədəni həyatında misilsiz xidmətlərindən, təhsil və mədəniyyətə olan xüsusi qayğısından bəhs etdilər. Şagirdlər qeyd etdilər ki, Heydər Əliyev bütün həyatını xalqına sədaqətlə xidmətə həsr etmiş və fəaliyyətində hər zaman xalqa arxalanmışdır. Onlar həmçinin ümummilli liderə həsr olunmuş müxtəlif şeirlər səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi