9 May Qələbə Günü

Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqı istər ön, istərsə də arxa cəbhədə böyük fədakarlıqlar göstərib. 1941-1945-ci illərdə Azərbaycanın 650 min igid oğul və qızları cəbhəyə yollanmış və onlardan 420 mini geri qayıtmamışdır. Müharibə faşizm üzərində qələbə ilə başa çatmışdır. Həmin tarix 9 May Qələbə Günü kimi qeyd olunur. Qələbənin 75-ci ildönümüdür. Bununla əlaqədar olaraq məktəbin şagirdləri müxtəlif videoçarxlar hazırladılar. Videoçarxlarda şagirdlər bu müharibədə xalqımızın göstərdiyi qəhrəmanlıq və şücaətdən bəhs etdilər. Sovet İttifaqı Qəhrəmanları Həzi Aslanov, İsrafil Məmmədov, Ziya Bünyadov, Mehdi Hüseynzadə və başqaları haqqında məlumat verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi