Onlayn iclas keçirildi

Məktəbin direktoru Nurqələm Bayramovanın rəhbərliyi ilə onlayn iclas keçirildi. İclasda direktor müavini, UBTR, metodbirləşmə rəhbərləri iştirak etdilər. Metodbirləşmə rəhbərləri öz fənn müəllimlərinin gördüyü işlər barədə məlumat verdilər. Şagirdlərin və müəllimlərin “Virtual məktəb” portalında qeydiyyatı, yaranan problemlər və onların həlli yolları müzakirə edildi. Bununla yanaşı müəllimlərin keçdiyi onlayn dərslər və şagirdlərin bu dərslərdə iştirakı haqqında da danışıldı. Nurqələm Bayramova qeyd etdi ki, onlayn dərslərlə paralel olaraq “Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” verilişinin şagirdlər tərəfindən seyr edilməsi də məqsədəuyğundur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi