Akademik Zərifə Əliyevanın anım günü

Aprelin 15-də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın əbədiyyətə qovuşmasından 35 il ötdü. Zərifə Əliyevanın anım günü ilə əlaqədar olaraq 1b sinif şagirdləri və sinif rəhbəri Sevil Məmmədova videoçarx hazırladılar. Videoçarxda şagirdlər akademikin mənalı və zəngin həyat yolu, yaradıcılığı haqqında məlumat verdilər. Z.Əliyevanın dəyanətli şəxsiyyət, qayğıkeş insan, vəfalı ömür-gün yoldaşı, mehriban ana olduğunu vurğuladılar. Onun xatirəsinə həsr olunmuş “Qoca qanad” şeirini səsləndirdilər. Həmçinin 1c sinif rəhbəri Ceyran Məmmədova və digər müəllimlər də şagirdlərlə onlayn dərslər zamanı Z.Əliyevanın anım günündən, həyat və yaradıcılığından bəhs etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi