"Layla, Xocalım, layla" adlı tədbir

Xocalı faciəsinin iyirmi səkkininci ildönümü ilə əlaqədar məktəbin ibtidai sinif müəllimi Fəxrəndə Rəhimova 3c sinfi ilə birlikdə “Layla, Xocalım, layla” adlı tədbir keçirtdi. Öncə Vətən uğrunda canlarından keçmiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Xocalı soyqırımının ən dəhşətli faciələrdən biri olduğu söylənildi. Vətənpərvərliyə, şəhidlərə həsr olunmuş şeirlər şagirdlər tərəfindən səsləndirildi. Xocalı faciəsi zamanı erməni vəhşiliklərini əks etdirən səhnəciklər şagirdlər tərəfindən canlandırıldı.

Tədbirin təşkil olunmasında əsas məqsəd həlak olanların əziz xatirəsini yad etmək, şagirdlərə Xocalı soyqırımı zamanı bədnam düşmənin dinc sakinlərə qarşı törətdiyi zorakılıqları çatdırmaq və onlarda vətənpərvərlik hissini daha da artırmaqdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi