Xocalı soyqırımı

xx əsrin ən qanlı faciələrindən olan Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü keçirilir. Bununla əlaqədar olaraq məktəbdə ilk dərslər Xocalı faciəsinə həsr olundu. Dərslər Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Müəllimlər şagirdlərə Xocalı soyqırımının tarixi haqqında məlumat verdilər, faciə nəticəsində öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülən sakinlərin statistikasından, bədnam ermənilərin günahsız insanların başına gətirdiyi vəhşiliklərdən bəhs etdilər. Şagirdlər də bu faciə haqqında öz fikirlərini söylədilər, Vətən uğrunda canlarını qurban vermiş qəhrəmanlara həsr olunmuş şeirlər səsləndirdilər.

Məktəbin UBTR Aynur Qənbərova və şagirdlər Xocalı soyqırımına həsr olunmuş divar qəzetləri, rəsmlər, əl işləri hazırladılar. Məktəbin foyesində yaradılmış guşəyə şagirdlər qərənfillər düzdülər.

Məktəbin müəllim və şagird kollektivi Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi