Azərbaycanın tarixi haqqında mühazirələr

Azərbaycan tarixinin təbliği məqsədilə tarix müəllimləri müxtəlif mühazirələr söylədilər. Məktəbin tarix müəllimləri Aynişan Əliyeva “xx əsrin 30-cu illərində kütləvi repressiya” adlı, Dilbər Əsədova “Qori Müəllimlər Seminariyasının Azərbaycan tarixində yeri və rolu” mövzusunda, Aqil Qazi Azərbaycan Xalq Cümhuriyyəti haqqında mühazirələr söylədilər. Bu mühazirələr zamanı şagirdlərə maraqlı məlumatlar verildi. Mövzulara uyğun slaydlar, videoçarxlar nümayiş etdirildi. Filmlərdən tarixi məqamları əks etdirən fraqmentlər göstərildi. Mühazirələri dinləyən direktor Nurqələm Bayramova sonda çıxış edərək öz münasibətini bildirdi.

Bu mühazirələrin söylənilməsində əsas məqsəd tariximizi şagirdlərə geniş şəkildə çatdırmaq, bu barədə onları daha da maarifləndirməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi