Paralel siniflər arasında "Bilik yarışı"

Azərbaycan tarixinin geniş təbliği və şagirdləri bu mövzuda maarifləndirmək məqsədilə məktəbdə silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də “Bilik yarışı”nın keçirilməsi oldu. Məktəbin laborantı Tamilla Qasımovanın təşkilatçılığı ilə paralel v, vı, vıı, vııı, ıx siniflər arasında “Bilik yarışı” keçirildi. Beş şagirdlə təmsil olunan siniflər tarix fənnindən verilmiş 10 suala müəyyən olunmuş vaxt ərzində cavab verdilər. Hər sualdan sonra ballar qeyd olundu və sonda qalib siniflər müəyyən olundu. Birinci yeri tutan siniflər məktəbin direktoru Nurqələm Bayramova tərəfindən Fəxri Fərmanla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi