"Bullinq" mövzusunda "Dəyirmi masa" keçirildi

Cəmiyyətdə baş vermiş intiharların, uşaqlarda depressiya, özgüvən hissinin aşağı düşmə səbəblərini araşdırdıqda bullinqlə əlaqənin çoxluğu ortaya çıxır. Valideynlər, müəllimlər və şagirdlər zorakılığın zərərverici olduğunu öyrənməli, bullinqə məruz qalan uşaqlara kömək etməlidirlər. Bullinq uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır. Bullinqin (zorakılığın) bir çox növləri var: kiber, sosial, şifahi, psixoloji və fiziki zorakılıq. Bunu nəzərə alaraq, məktəbdə şagirdləri bullinqdən maarifləndirmə məqsədi ilə “Dəyirmi masa” keçirildi. Məktəbin direktoru Nurqələm Bayramova, psixoloq Gülşən Zeyniyeva bullinq haqqında çıxış etdilər. Məktəbin 8a sinif şagirdi Rəsulova Nigar “Bullinq və onun növləri” mövzusunda təqdimat etdi, slaydlar nümayiş etdirdi, uşaqlarla diskussiya apardı. Sonda şagirdlərə anonim sorğu vərəqləri paylanıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi