"Şəhidlər ölməz, Vətən bölünməz" adlı tədbir

18.01.2020-ci il tarixdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Həsənovanın təşkilatçılığı, UBTR Aynur Qənbərova, rus dili müəllimi Ləman Bəşirova və musiqi müəllimi Sevinc Bədəlovanın köməkliyi ilə “Şəhidlər ölməz, Vətən bölünməz” adlı böyük bir tədbir keçirildi. Tədbirdə Xətai rayon Gİİ sədri Əfqan Rzayev, Xətai rayon QMƏVŞAİB sədri Fuad Salahov, Xətai rayon MQ sədri Fəranə Əliyeva, şəhid ailələri, mayorlar, ehtiyatda olan zabitlər qonaq kimi iştirak etdilər. Qonaqlar Əlif Hacıyevin, Rövşən Əliyevin, Mübariz İbrahimovun adını daşıyan siniflərin məktəbin həyətində yaratdığı kiçik bağça ilə tanış oldular. Şagirdlər həmin qəhrəmanlar haqqında məlumat verdilər. Məktəbin foyesində şagirdlərin şəhidlər haqqında hazırladıqları əl işlərinə baxdılar. Azərbaycan Respublikasının Dövlət Himni şagirdlər, müəllimlər və qonaqlar tərəfindən canlı şəkildə səsləndirildi. Vətən uğrunda canlarını qurban vermiş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan xalqının xarakter etibarilə humanist, sülhsevər olmasından, müstəqiilik uğrunda apardığı mübarizədən, qəhrəman oğul və qızlar hesabına müstəqillk əldə etməsindən bəhs olundu. Ermənilərin vəhşiliyini, qocalara, uşaqlara, qadınlara qarşı necə amansız olduğunu, Azərbaycan xalqının vətənpərvərliyini, mərdliyini əks etdirən səhnəcik göstərildi. “Sarı gəlin”, “Vətən əmanəti”, “Uşaqlar heç ağlamasın”, “Qarabağ” və başqa mahnılar şagirdlər tərəfindən ifa olundu. Şagirdlər qəhrəmanlara, vətənpərvərliyə, Azərbaycana həsr olunmuş “Ya Qarabağ, ya ölüm”, “Bayrağım” və başqa şeirlər söylədilər. Rövşən Əliyev haqqında videoçarx nümayiş etdirildi, onun qəhrəmanlığından bəhs edən kiçik bir səhnəcik göstərildi. Nizam-intizamda fərqləndiyinə görə Rövşən Əliyevin adını daşıyan 6ç sinfinə məktəbin direktoru Nurqələm Bayramova və qəhrəmanın bacısı tərəfindən döş nişanları taxıldı. Şagirdlər bayrağımızı hər zaman ucaldacaqlarına, şəhidlərimizi heç zaman unutmayacaqlarına and içdilər. Lələtəpə uğrunda gedən döyüşlərdə şəhid olmuş mayor Elnur Əliyev haqqında göstərilən səhnəcik də maraqla qarşılandı. Bundan əlavə müxtəlif slaydlar, videoçarxlar nümayiş etdirildi, şagirdlər tərəfindən Azərbaycana aid rəqs ifa olundu. Məktəbin direktoru Nurqələm Bayramova çıxış edərək gələn qonaqlara təşəkkürünü bildirdi və bununla da tədbirə yekun vuruldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi