Məktəb psixoloqunun uğuru

Dekabrın 28-də psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi prosesi başa çatıb. Ümumilikdə 2757 namizəd diaqnostik qiymətləndirilmədə iştirak etmək üçün elektron qeydiyyatdan keçib. Diaqnostik qiymətləndirilmə imtahanlarına 2633 namizəd qatılıb.

Namizədlər arasında ən yüksək nəticəni (55 bal) A.S.Xəlilov  adına 263 nömrəli məktəbdə 13 ildir psixoloq vəzifəsində çalışan Gülşən Zeyniyeva əldə edib. G.Zeyniyeva 1994-1998-ci illərdə Bakı Dövlət Universitetində fizika ixtisası üzrə bakalavr, 2000-2001-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetində psixologiya üzrə yenidənhazırlanma təhsili alıb.

G.Zeyniyevanı təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi