"Valideynin məktəbdə bir günü" layihəsi

  

Məktəbin UBTR Aynur Qənbərovanın təşkilatçılığı ilə 20.12.2019-cu il tarixində “Valideynin məktəbdə bir günü” layihəsi keçirildi. Layihənin əsas məqsədi valideynləri övladlarının təhsil aldıqları məktəb ilə yaxından tanış etmək, istər infrastruktur, istərsə də tədris prosesinin təşkili istiqamətində onları məlumatlandırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını daha da genişləndirməkdən ibarətdir.

Layihə valideynlərin qeydiyyatı ilə başlandı. Layihəni açıq elan etmək üçün məktəbin direktoru Nurqələm Bayramova valideynləri salamladı və onlara məktəblə sıx əlaqədə olduqları üçün təşəkkürünü bildirdi. Daha sonra onları layihənin proqramı ilə tanış etdi. Valideynlər layihə çərçivəsində şagirdlərin hazırladıqları əl işlərinə, çəkdikləri rəsmlərə baxdılar və onlarla birlikdə rəsmlər çəkdilər. Şagirdlər müxtəlif musiqi alətlərində musiqilər ifa etdilər. İdmanda medal və diplom qazananlar öz nailiyyətlərini bölüşdülər. Məktəbin kitabxanaçısı Maya xanım da öz oxucuları ilə birlikdə maraqlı şeirlər, ifalar hazırlamışdı. Müxtəlif fənlərdən “Açıq dərs”lər keçirildi və valideynlər həmin dərslərdə iştirak etdilər. Biologiya müəllimi Rzayeva Mətanət, rus dili müəllimi Bəşirova Ləman, fizika müəllimi Abdullayeva Aida, ingilis dili müəllimi Dadaşova Raisə, tarix müəllimi Vəliyeva Aynurə, informatika müəllimi Aşurova Esmira, coğrafiya müəllimi Cəfərova Cəmalə, ibtidai sinif müəllimi Bəxtiyarova Ayşən maraqlı “Açıq dərs”lər təşkil etdilər. Layihənin bədii hissəsində Gülay və Sevinc müəllimin hazırladıqları musiqili-əyləncəli proqrama baxıldı.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi