"Heydər Əliyev və müstəqil Azərbaycan" adlı "Dəyirmi masa"

Məktəbin musiqi müəllimləri Sevinc Bədəlova və Könül Əliyevanın təşkilatçılığı ilə “Heydər Əliyev və müstəqil Azərbaycan” adlı “Dəyirmi masa” keçirildi. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ulu öndərin həyat və fəaliyyətindən, dövlətin inkişafında misilsiz xidmətlərindən bəhs olundu. Ümummilli liderə həsr olunmuş şeirlər söylənildi, saz alətində musiqi ifa olundu, videoçarx nümayiş etdirildi. “Xalq Heydər söyləyəcək” mahnısı şagirdlər tərəfindən xor şəklində ifa edildi. Məktəbin direktoru Nurqələm Bayramova çıxışında Heydər Əliyevin Azərbaycanın siyasi həyatında olan rolundan, təhsilə, elmə, mədəniyyətə diqqət və qayğısından danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi