Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Elektron Sınaq Qiymətləndirmə”

Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi” çərçivəsində ümumtəhsil kateqoriyası üzrə dəstəklənən layihələrdən biri də “Elektron Sınaq Qiymətləndirmə” mövzusuna həsr olunub. “Elektron Sınaq Qiymətləndirmə” layihəsinin əsas məqsədi şagirdlərin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, yeni fənn kurikulumlarının tətbiqində məktəbdaxili qiymətləndirmənin rolunun daha da artırılması, innovativ elektron sınaq qiymətləndirmə alətinin tətbiqi ilə şagirdlərin inkişaf dinamikasının izlənilməsi, qiymətləndirmə nəticələrinin təhlilinin və müvafiq hesabatların vaxtında hazırlanmasının təmin edilməsi, şagirdlərin bu kimi qiymətləndirmələrdə iştirak təcrübəsinin artırılması, həmçinin təhsili idarəetmə orqanlarının şagird nailiyyətlərinin izlənilməsi sahəsində aparılan fəaliyyətlərinə dəstək olmaqdır.Bakı şəhəri üzrə Pilot layihədə iştirak  edən 15 məktəbdən biridə bizim məktəb –lisey oldu.Layihəyə rəhbərlik Ağayeva Zeynəb Əhməd qızına tapşırılmış, Orucova Aygül İbiş qızı, həmçinin məktəb-liseyin laborantları layihənin təşkilində fəal iştirak etmişlər.IV və IX siniflər arasında keçirilən ilk elektron sınaq qiymətləndirmə uğurla nəticələndi.Sınaq qiymətləndirmə IV və IX siniflərdə ana dili, riyaziyyat və ingilis dili fənnlərindən keçirilmişdir.Həm şagirdlər, həm valideynlər və həm də müəllimlər tərəfindən lauihə uğurla qarşılandı.“STEM müəllimləri” kütləvi-açıq-onlayn–kursuna məktəbimizin müəllimləri Quliyeva  Svetlana  Mayıl qızı və Ağayeva  Zeynəb  Əhməd qızı iştirak etmişlər və “ STEM MÜƏLLİMİ” adına layiq görülərək sertifikat almışlar.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi