Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.

20 sentyabr- Dövlət Suverenliyi Günü ilə əlaqədar 9B sinfində xüsusi dərs keçirilib. Məktəbin tarix müəllimi Arzu Məmmədova-Bəkirova 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatı haqqında şagirdlərə məlumat verib. Sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusunun qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirilməsi və növbəti parlaq qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyinin tam bərpa olunması şagirdlərin nəzərinə çatdırılıb. Həmçinin mövzu ilə əlaqədar "Zəfər Meydanı" adlı sənədli film izlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi