Məktəb müdiriyyəti tərəfindən mükafatlandırılma

Son ilin – 2017-ci ilin  dekabr ayında məktəb-liseydə Azərbaycan professional musiqi sənətinin ustadı , xalq artisti dahi Bülbülün 120 illik yubileyi münasibəti ilə məktəb-liseydə keçirilən musiqili tədbiri yüksək səviyyədə təşkil etdiklərinə görə musiqi müəllimi Şəhla Əliyeva, həmçinin ədəbiyyat müəllimi Süleymanlı İlahə məktəb müdiriyyəti tərəfindən fəxri fərmanla təltif edilmişlər. Bununla yanaşı, fəal iştirakına görə məktəblilər də xüsusi təşəkkürnamə ilə mükafatlandırılmışdır. Məktəb-liseyin direktoru Abuzər Əsədov belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışmış , şagirdlərə öz təşəkkürünü bildirməklə , onlara uğurlar arzulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi