“Kimya-biologiya” aylığı

            Məktəb-liseyin 2017/18 tədris ili üçün İllik fəaliyyət planına əsasən dekabr ayında “Kimya-biologiya” aylığı keçirilmişdir.6d sinfində Vəfa Qaraşovanın biologiyadan “kök və kök sistemləri” mövzusunda, 7d sinfində Gülnar Hüseynovanın biologiyadan “göbələklərin müxtəlifliyi”, 10c sinfində Nəzakət Hacıyevanın kimyadan “II qrupun əsas yarımqrup elementləri.Kalsium”, 7d sinfində Alıyeva Vəfanın kimyadan “Kimyəvi reaksiyaların tənlikləri” mövzusunda “Açıq dərs”lər keçirilmişdir.Açıq dərslərdə qruplarla iş, fərdi iş, cütlərlə iş formalarından həmçinin, yeni təlim üsullarından klaster, ziq-zaq, beyin həmləsi kimi üsullardan istifadə olunaraq, şagirdyönümlü dərslər qurulub.Standartlara uyğun motivasiya tətbiq edilib.Eyni zamanda "Ümumdünya GİÇS - lə mübarizə günü" münasibətilə məktəb-liseydə Qaraşova Vəfa QİÇS epidemiyası, yoluxma yolları, HİV haqqında ətraflı məlumat verdi.İrsən və qanla keçən xəstəliklərlə bağlı layihə keçirildi.Təqdimatlar edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi