“Ekoloji sağlam həyat” gənclərin gözü ilə

Məktəb-liseyimizin şagirdləri Xətai rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə 2017-ci ilin dekabrında “Ekoloji sağlam həyat” gənclərin gözü ilə keçirilən müsabiqələrə qoşulmuşlar.“Yaşıl həyat” mövzusunda keçirilən müsabiqədə məktəb-liseyin təsviri incəsənət müəllimi Məmmədova Zərəfşanın rəhbərliyi ilə 3 nəfər şagird: Mahmudova İlona 7d, Şirəliyeva Fatimə 8a, Fərzəliyeva Aydan 9b iştirak etmişlər.İstedadlı şagirdlərimizin çəkdiyi rəsm əsərləri münsiflər heyəti tərəfindən bəyənilmiş və Şirəliyeva Fatimə III yer diplomu ilə Mahmudova İlona, Fərzəliyeva Aydan fərqlənmə sertifikatları ilə təltif olunmuşlar.istedadlı şagirdləri məktəbin direktoru A.Əsədov, tərbiyə işləri üzrə direktor müavini Lamiə Məmmədova təbrik edərək uğurlarının davamlı olmasını arzuladılar.Təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi