Fevralın 17-də məktəb-liseydə riyaziyyat müəllimləri Nərgiz Teymurova və Günay Cəfərovanın nümunəvi dərsləri dinlənilib.

Fevralın 17-də məktəb-liseydə riyaziyyat müəllimləri Nərgiz Teymurova və Günay Cəfərovanın nümunəvi dərsləri dinlənilib.Günay Cəfərovanın 5e sinfində "Tənlik qurmaqla məsələ həlli", 6ç sinfində isə Nərgiz Teymurova "Ortaq vuruğun mötərizə xaricinə çıxarılması" mövzusunda nümunəvi dərs keçiblər. Günay Cəfərova 5e sinfində "Tənlik qurmaqla məsələ həlli" mövzusunda keçdiyi dərsdə qruplarla iş təşkil edərək müzakirələr aparmış, şagirdlərdə əməkdaşlıq yaratmaqla yanaşı, tənlik qurmaqla məsələ həllini real həyat situasiyalarına tətbiq etmək bacarığını formalaşdırmışdır. Nərgiz Teymurova isə 6a sinfində"Ortaq vuruğun mötərizə xaricinə çıxarılması" mövzusunu keçərək şagirdlərə ifadələrin sadələşdirilməsi və ortaq vuruğun müəyyən edilməsi qaydalarını izah etmiş, dərs prosesində müzakirələr təşkil edərək onların mövzunu daha yaxşı mənimsəməsini təmin etmişdir. Hər iki müəllim şagirdlərin mövzuya fəal qoşulmasını təmin edib, onların məntiqi düşünmə və analiz etmə bacarıqlarını inkişaf etdirməyə nail olub. Nəticə etibarilə, dərs effektiv keçmiş, şagirdlər aktiv iştirak etmişlər. Hər iki müəllimin tətbiq etdiyi metodlar şagirdlərin riyazi düşüncələrinin inkişafı baxımından əhəmiyyətli olmuşdur.