"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində rəsm sərgisi

Aprelin 17-də məktəb- liseydə təsviri incəsənət müəllimi Zərəfşan Məmmədova və məktəb-liseydə pedaqoji təcrübə keçən tələbələrin təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində rəsm sərgisi keçirilib. Sərgidə rəssamlığın müxtəlif texnikalarında və janrlarında işlənmiş gözəl rəsm əsərləri sərgilənib.Tədbirdə çıxış edən məktəb-liseyin direktoru Könül Məmmədli qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün qlobal çağırışdır. O, bu çağırış naminə həmrəylik nümayiş edən hər kəsə təşəkkürünü bildirib. Şagirdlər öz işlərini təqdim ediblər. Sonda sərgidə iştirak edən şagirdlərə təşəkkürnamə təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi