Şagirdlərimiz STEAM İnnovasiya Mərkəzində

Məktəb-liseyin şagirdlərinin STEAM İnnovasiya Mərkəzinə ekskursiyası təşkil olunub. Müxtəlif yaş kateqoriyalarında olan 120 şagird qonaq olduğu mərkəzdə STEAM modullarının məzmununa uyğun ayrılmış fəaliyyət zonaları ilə tanış olublar. “İdeya emalatxanası”, “Robotların hazırlanması laboratoriyası”, “Eksponat otaqları”, “Arıların həyatı” adlı fəaliyyət zonalarında şagirdlərin əylənərək öyrənməsi üçün şərait yaradılıb.Şagirdləri birgə əməkdaşlıq edərək müxtəlif materallar və alətlərdən istifadə edib qarşılarına çıxan problemlərə yaradıcı yanaşıb və verilən tapşırıqları uğurla həyata keçiriblər. Həmçinin müxtəlif biliklərini tətbiq edərək İKT bacarıqlarını yüksəldiblər. Uğurdan əvvəl çoxlu uğursuzluq yaşasalar da, bu maraqlı anlar şagirdlərin yaddaşında xoş xatirələrlə dolu bir gün kimi yazılıb. Steam İnnovasiya Mərkəzinə ekskursiyanın məqsədi şagirdlərin potensialını və maraqlarını cəmiyyətə xidmət işinə yönəltmək, səsi dünyaya yayılacaq bir gənclik üçün həvəsləndirməkdir. STEM metodu vasitəsi ilə şagird və tələbələr elmin digər sahələri ilə yanaşı, müxtəlif ixtiralar edəcək və ölkənin inkişafına töhfələrini verə biləcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi