Şagirdimiz "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda referat yazı müsabiqəsinin rayon mərhələsinin qalibi olub

Aprelin 4--də Xətai rayonunda Bakı şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Məktəb-liseyin 10b sinif şagirdi Jalə Rəhimli də rayon mərhələsinin qalibi olub. Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-Siyasi, Humanitar Məsələlər və Dini Qurumlarla İş şöbəsinin müdiri Elmin İmanov, Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, BŞGİİ-nin Xətai rayonu üzrə gənclər və idman sektorunun müdiri Tural Əhmədov, rayon üzrə inşa müsabiqəsində qalib olan şagirdlər iştirak ediblər. Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-Siyasi, Humanitar Məsələlər və Dini Qurumlarla İş şöbəsinin müdiri Elmin İmanov Heydər Əliyevin siyasi obrazının Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsi olduğunu bildirdi. Daha sonra Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov çıxış edərək müsabiqənin qaydaları və məqsədi haqqında məlumat verib. O qeyd edib ki, Xətai rayon məktəbləri üzrə 17 şagird müsabiqədə qalib gələrək yekun turda iştirak ediblər. Sonra qalib olan şagirdlər inşalarını təqdim ediblər. Tədbirin sonunda qalib şagirdlərə diplomlar və hədiyyələr təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi