FİSO olimpiadasında gümüş medal

Məktəb-liseyin şagirdləri FİSO olimpiadasında gümüş medal qazanıblar. 5ç sinif şagirdi Rəvan Səfərov FİSO Beynəlxalq Olimpiadasında riyaziyyat, 8d sinif şagirdi Xalis Sadıqlı ingilis dili fənni üzrə gümüş medala layiq görülüblər.Qeyd edək ki, FİSO Olimpiadasının final mərhələsi bu il Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçiriləcək. İyunun 22-26 tarixləri arasında təşkil ediləcək bu nüfuzlu tədbirdə 36 ölkədən gələn iştirakçılar öz bacarıq və biliklərini nümayiş etdirəcəklər. Azərbaycanı bu beynəlxalq arenada təmsil edəcək komanda, ölkəmizin akademik potensialını və gənclərinin istedadını dünya səviyyəsində nümayiş etdirmək üçün böyük bir fürsət əldə edəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi