1Mart-Ümumdünya Mülki Müdafiə Günü

Martın 1-də Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar olaraq çağırışaqədərki hazırlıq müəllimi Rövşən Əzizov şagirdləri məlumatlandırıb. Məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarət idi. Mülki müdafiənin əhəmiyyəti, vəzifələri, fövqəladə hallara qarşı necə hazırlıqlı olmağın yolları haqqında şagirdlərə ümumi məlumat verilib. Eyni zamanda məktəb- liseyin foyesində təşkil olunan sərgidə şagirdlərə yanğının söndürülməsi zamani lazım olan qaydalara aid şəkillər, yaralılara tibbi yardımın göstərilməsi ucun vacib olan ləvazimatlar, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılmasına aid məlumatlar olan kitabçalar da nümayiş olunub. Ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi