Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub

1mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar məktəb-liseyin fiziki tərbiyə müəllimi Yaşar Qubadov rəhbəri olduğu 6a sinfinin şagirdlərini fövqəladə hallar zamanı davranış qaydaları, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunma barədə məlumatlandırıb. Dərsdə mülki müdafiənin məqsədi və əhəmiyyəti barədə geniş məlumat verilib. Şagirdlər yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, əleyhqaz və digər vasitələrdən istifadə, kimyəvi zəhərlənmə zamanı görülməli tədbirlər barədə bacarıqlarını nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi