Buraxılış vərəqələri təqdim olunub
Məktəb-liseyin direktoru Könül Məmmədli XI sinif şagirdlərinə buraxılış imtahanı vərəqələrini təqdim edib, onlara uğurlar arzu edib. Qeyd edək ki, məktəb-liseyin 11-ci siniflərində 92 şagird təhsil alır. Onlar martın 3-də buraxılış imtahanında iştirak edəcəklər.