Məktəb-liseydə Beynəlxalq Ana Dili Gününə həsr edilmiş "Dilim varsa , mən də varam " adlı tədbir keçirilib

Məktəb-liseydə Beynəlxalq Ana Dili Gününə həsr edilmiş "Dilim varsa , mən də varam " adlı tədbir keçirilib.Tədbir dövlət himninin səslənməsi ilə baslayıb.Tədbirdə ana dilimizin qədimliyindən və zənginliyindən söhbət açılıb, milli dəyərlərimizlə yanaşı ana dilimizin gözəlliyinin, saflığının qorunmasının və inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Tədbirdə məktəb- liseyin direktoru Könül Məmmədli çıxış edərək qeyd edib ki, Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququnun olduğunu bir daha xatırladır, dilimiz bizim keçmişimiz, bu günümüz və sabahımızdır.Şagirdlərin ifasında ana dilinə həsr olunan ədəbi-bədii kompozisiyalar, "Anamın kitabı" əsərindən səhnəcik nümayiş etdirilib, dil haqqında şeirlər, hikmətli kəlamlar səsləndirilib. Məktəb-liseyin xor dərnəyinin ifasında mahnılar səsləndirilib, rəqslər ifa olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi