STEAM dərsləri nəticəsində şagirdlər real həyata hazırlanır və real həyatdakı problemləri həll etməyi öyrənir

Təhsilalanlarda yaradıcılıq, yeni texnologiyalardan istifadə etmək bacarıqlarını formalaşdırmaq məqsədilə STEAM dərslərinin tədrisi olduqca vacibdir.Dərslər zamanı şagirdlər riskləri nəzərə almaq,praktik öyrənmə ilə məşğul olmaq,problemin həllində israrlı olmaq,komandada işləmək,yaradıcı olmaq kimi bacarıqlar qazanırlar.Dərs prosesində şagirdlər ekologiya mühəndisliyi,elektrik mühəndisliyi sahələri,3D CAD modelləşdirmə və mikrobit proqramı ilə bağlı təməl biliklərə sahib olurlar. Şagirdlərin bu istiqamətdə fəallığını stimullaşdırmaq məqsədilə məktəb-liseyin STEAM müəllimi Bağırova Gülnar Mikrobit dərsləri zamanı xüsusi fəallıq göstərən şagirdlərə sertifikatlar vermişdir.STEAM dərsləri nəticəsində şagirdlər real həyata hazırlanır və real həyatdakı problemləri həll etməyi öyrənir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi