14 Fevral- Beynəlxalq Kitab Bağışlama Günüdür

14 Fevral- Beynəlxalq Kitab Bağışlama Günüdür. Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları ümumi məqsəd ətrafında birləşdirir. Məktəb-liseyin 3e sinif rəhbəri İsayeva Lela uşaqlarda kitaba məhəbbəti yaratmaq, mütaliə etmək məqsədi ilə öz şagirdləri arasında bu günü qeyd edib. Tədbirdə şagirdlərə Beynəlxalq Kitab Bağışlama Günü barədə ətraflı məlumat verilib. Şagirdlərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində, dünyagörüşünün formalaşmasında mütaliənin mühüm rol oynadığı diqqətə çatdırılıb.Sonda şagirdlər bir-birlərinə kitab hədiyyə ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi