Beynəlxalq Kitab Bağışlama Günü

Fevralın 14-də məktəb-liseyin 4c sinfi Beynəlxalq Kitab Bağışlama Gününü qeyd edib. Tədbirdə kitabxanaçılar: Məmmədova Narın, Dadaşova Rəvanə, Uşaq Birliyi Rəhbəri İlhamə Mahmudova və ibtidai sinif müəllimi Günay Rəhimova iştirak edib. Narın Məmmədova bu günün tarixi, kitabların insan həyatındakı rolu və yeri haqqında məlumat verib. O, bildirib ki, 2012-ci ildən fevralın 14-də qeyd edilən bu bayram – Beynəlxalq Kitab Bağışlama Günü ABŞ-da məşhur “Delightful Children`s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib.Daha sonra şagirdlər oxuduqları kitablar barədə danışıblar və bir-birlərinə maraqlı kitablar hədiyyə ediblər. Bu günün qeyd edilməsində məqsəd uşaqlarda kitaba məhəbbətin artırılması, hədiyyə etmək və hədiyyə almaq kimi sevinc hisslərinin aşılanmasından ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi