Beynəlxalq Təhlükəsiz İnternet Günü

Fevralın 6-da məktəb-liseyin informatika müəllimi Aygül Orucova tərəfindən 6ç sinfində Beynəlxalq İnternet Gününə həsr olunmuş dərs keçirilib. Beynəlxalq İnternet Günü (“International Safer Internet Day”) hər il fevralın ikinci həftəsinin ikinci günü qeyd edilir. Həmin günün məqsədi dünyada uşaq və yeniyetmələr arasında onlayn-texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir. Dərsdə şagirdlər Təhlükəsiz İnternet Günü ilə bağlı təqdimatlar hazırlayıb, maarifləndirici məlumatlarla çıxış ediblər. Sonda şagirdlər Təhlükəsiz İnternet Gününə həsr edilmiş onlayn imtahandan keçərək "Təhlükəsiz İnternet Eksperti" sertifikatına layiq görülübər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi